You cannot select more than 25 topics Topics must start with a letter or number, can include dashes ('-') and can be up to 35 characters long.
ytdl-android/README-az.md

11 KiB


YTDLnis

English   |    Shqip   |    Azərbaycanca   |    Türkçe   |    Indonesia   |    Português   |    Español   |    Japanese   |    Română   |    Chinese Simplified   |    Bengali India

YTDLnis, Android 7.0 və daha yuxarı versiyalar üçün yt-dlp istifadə edən, pulsuz və açıq mənbəli video/səs yükləyicisidir.

Denis Çerri tərəfindən yaradılmışdır

Official website GitHub Releases IzzyOnDroid repository Uptodown

CI Preview release Downloads Translation status community community community GitHub Sponsor

Yuxarıdakı keçidlər YTDLnis-in yeganə etibarlı mənbələridir. Digər mənbələrin mənimlə heç bir əlaqəsi yoxdur.

💡 Xüsusiyyətlər:

  • 1000-dən çox veb-saytdan səs/video faylları yükləyin
  • Mahnı siyahılarını (pleylistləri) emal edin:
    • Normal yükləmə elementindəki kimi hər pleylist elementini ayrıca redaktə edin
    • Bütün elementlər üçün ümumi format seçin və video kimi endirərkən birdən çox səs formatı seçin
    • Bütün elementlər üçün yükləmə yolu seçin
    • Bütün elementlər üçün fayl adı şablonunu seçin
    • Bir kliklə səs/video/fərdi əmr üçün yükləmə növünü toplu şəkildə yeniləyin
  • Yükləmələri növbəyə qoyun və onları tarix və vaxta görə planlaşdırın
    • Eyni vaxtda birdən çox elementi planlaşdıra bilərsiniz
  • Eyni vaxtda birdən çox elementi yükləyin
  • Fərdi əmrlər və şablonlardan istifadə edin və ya quraşdırılmış terminal ilə tam yt-dlp rejiminə keçin
    • Dostlarınızla paylaşmaq üçün şablonları nüsxələyə və bərpa edə bilərsiniz
  • Məlumatlar bazası (Cookies) dəstəyi. Hesablarınızla daxil olun, şəxsi/əlçatmaz videoları yükləyin, premium formatları kiliddən çıxarın və s.
  • Vaxt ştampları və video bölmələri əsasında videoları kəsin (Bu yt-dlp xüsusiyyəti orijinal layihədə təcrübidir)
    • Limitsiz sayda kəsik edə bilərsiniz
  • Elementdən SponsorBlock hissələrini təmizləyin
    • Onları videonuzda bölmələr kimi yerləşdirin
  • Altyazıları/metaməlumatları/bölmələri və s. yerləşdirin
  • Başlıq və müəllif kimi metaməlumatları dəyişdirin
  • Bölmələrdən asılı olaraq elementi ayrı fayllara bölün
  • Müxtəlif yükləmə formatları seçin
  • Paylaş menyusundan birbaşa alt panel (tətbiqi açmağa ehtiyac yoxdur)
    • Txt faylı yarada və onu yeni sətirlə ayrılmış bağlantılar/pleylistlər/axtarış sorğuları ilə doldura bilərsiniz, tətbiq onları emal edəcək
  • Tətbiqdən bağlantı axtarın və ya yerləşdirin
    • Eyni vaxtda emal etmək üçün axtarışları toplaya bilərsiniz
  • Problem yarandıqda yükləmə jurnalları (logs)
  • Ləğv edilən və ya uğursuz yükləmələri yenidən yükləyin
    • Yenidən yükləmək üçün sola, silmək üçün isə sağa sürüşdürmə jestlərindən istifadə edə bilərsiniz
    • Daha çox funksionallığa malik yükləmə panelini göstərmək üçün təfərrüatlar vərəqindəki "yenidən yüklə" düyməsini uzun sıxa bilərsiniz
  • Yükləmə tarixçəsini və ya jurnalları saxlamaq istəmədiyinizdə Gizli rejim (Incognito)
  • Sürətli yükləmə rejimi
    • Məlumatı emal etməyi gözləmədən dərhal yükləyin. Alt paneli bağlayın və yükləmə dərhal başlayacaq
  • Yüklənən faylları birbaşa bitmə bildirişindən açın / paylaşın
  • Əksər yt-dlp xüsusiyyətləri həyata keçirilir, təkliflər arzuolunandır
  • Material You interfeysi
  • Tema seçimləri
  • Nüsxələmə və bərpa xüsusiyyətləri (Demək olar ki, hər şey nüsxələnə bilər)
  • WorkManager ilə MVVM Arxitekturası

📲 Ekran görüntüləri

💬 Əlaqə

Müzakirə, elanlar və buraxılışlar üçün Discord və ya Telegram Kanalımıza qoşulun!

😇 Töhfə

Əgər töhfə vermək istəyirsinizsə, xahiş olunur Töhfə vermə bölməsini oxuyun.

📝 Weblate-də Tərcümə Etməyə Kömək Edin

Tərcümə vəziyyəti Tərcümə vəziyyəti

🔑 Paket adını istifadə edərək üçüncü tərəf tətbiqləri ilə əlaqə qurun

Tətbiqin paket adı "com.deniscerri.ytdl"-dir.

🤖 İntent-lər istifadə edərək üçüncü tərəf tətbiqləri ilə əlaqə qurun

Siz istifadəçi toxunuşu olmadan yükləmələri həyata keçirmək üçün tətbiqə əmrlər göndərmək niyyətindən (İntent) istifadə edə bilərsiniz. Qəbul edilən dəyişənlər:

TYPE -> bu ola bilər: səs, video, əmr (audio, video, command)
BACKGROUND -> bu ola bilər: true, false. Əgər bu true olarsa, tətbiq heç bir halda yükləmə kartını göstərməyəcək və yükləməni arxa planda həyata keçirəcək

Tasker ilə arxa planda səs elementinin yüklənilməsi nümunəsi

  1. "Send Intent" (İntent Göndər) tapşırığı yaradın
  2. Action (Fəaliyyət): android.intent.action.SEND
  3. Cat: İlkin (Default)
  4. Mime Type: text/*
  5. Əlavə (Extra): android.intent.extra.TEXT:url ("url" əvəzinə yükləmək istədiyiniz videonun URL-ni yazın)
  6. Əlavə (Extra): TYPE:audio
  7. Əlavə (Extra): BACKGROUND:true

📄 Lisenziya

GNU GPL v3.0

GPLv3 lisenziyası ilə lisenziyalaşdırılan mənbə kodu istisna olmaqla, bütün digər tərəflərə "YTDLnis" adını yükləyici tətbiq kimi istifadə etmək qadağandır və eynisi onun törəmələri üçün də keçərlidir. Törəmələrə "fork"-lar və qeyri-rəsmi quruluşlar daxildir, lakin bunlarla məhdudlaşmır.

😁 İanə Edin

Donate with BMC

🙏 Təşəkkürlər

  • decipher3114 Tətbiq ikonu üçün
  • dvd Sizə youtubedl-android alətini göstərmək üçün
  • seal Dizayn və xüsusiyyətlər üçün; bu tətbiqi yaradarkən müəyyən elementlərdən ilham aldım
  • youtubedl-android yt-dlp-ni Android-ə köçürmək üçün
  • yt-dlp və bu aləti mümkün etmək üçün töhfəçilərə. Onlar olmasaydı, bu tətbiq mövcud olmazdı.

və bir çox başqa insana, həmçinin töhfə verənlərə.